Qəzzada ölənlərin sayı 54 607 nəfərə çatdı

14:52 - 04 İyun 2025

Qəzzada ölənlərin sayı 54 607 nəfərə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına başladığı hücumlar nəticəsində həyatını itirənlərin sayı 54 607 nəfərə, yaralananların sayı isə 125 341 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində İsrailin endirdiyi hava zərbələri nəticəsində 97 mülki şəxs həlak olub, daha 440 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, hələ də bir çox ərazidə dağıntılar altında qalan meyitlər var. Təcili yardım və mülki müdafiə qüvvələri bəzi bölgələrə çata bilmədikləri üçün dəqiq itki sayını müəyyənləşdirmək çətindir.

Məlumata görə, İsrail ordusunun 18 mart tarixində birtərəfli şəkildə atəşkəsi pozmasından sonra ölənlərin sayı 4 335-ə, yaralıların sayı isə 13 300-ə yüksəlib.

Xatırladaq ki, İsrail ordusu HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində həyata keçirdiyi hücuma cavab olaraq Qəzza zolağında hərbi əməliyyatlara start verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv