Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin liderlər səviyyəsində keçiriləcək sammitə hər zaman hazır olduğunu bəyan edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, dövlət başçısı bildirib ki, sammit baş tutana qədər atəşkəsin elan olunması vacibdir:
"Liderlər səviyyəsində sammit keçirilənə qədər atəşkəs təklifi edirəm. Nəticə əldə olunmasa, İstanbul danışıqlarını davam etdirmək məntiqsiz olar", – deyə Zelenski qeyd edib.
Prezident həmçinin Rusiya ilə aparılan məhbus mübadiləsinə toxunaraq, 7-8 iyun tarixlərində 500 nəfərin Ukraynaya qaytarılacağını açıqlayıb.