"Kaliforniya qubernatoru Qevin Nyusom bəyan edib ki, ştatda iğtişaşlarla mübarizə məqsədilə Milli Qvardiyanın yerləşdirilməsi ilə əlaqədar bazar ertəsi ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırılacaq".
Manset.az Report.az-a istinadən xəbər verir ki, o, bunu MSNBC-yə müsahibəsində bildirib.
"Donald Tramp bu axşam televizorda gördüyünüz şəraiti yaratdı. O, vəziyyəti daha da ağırlaşdırdı. Onun Milli Qvardiyaya rəhbərlik edəcəyini elan etməsi qanunsuz akt, konstitusiyaya və əxlaq qaydalarına zidd hərəkətdir", - o qeyd edib.
Nyusom dəqiqləşdirib ki, məhkəmədə Trampın ştatın razılığı olmadan Kaliforniya Milli Qvardiyasını federallaşdırmaq qərarına etiraz irəli sürüləcək..
Bazar günü axşam Los-Anceles polisi şəhərin bütün mərkəzinin "qanunsuz yığıncaq yeri elan edildiyini" açıqlayıb və ən azı 56 nəfərin həbs edildiyini bildirib.