İlon Maskın sahibi olduğu “X” platforması (əvvəlki Twitter) Azərbaycanda xəbər və jurnal kateqoriyasında ən çox yüklənən tətbiq olub.
Manset.az xəbər verir ki, məlumatı “Tesla Owners Silicon Valley” adlı təsdiqlənmiş hesab yayıb.
Məlumata görə, “X” artıq Azərbaycanda 1 nömrəli xəbər tətbiqi kimi qeydə alınıb.
“X tək-tək ölkələri fəth edir”, – deyə paylaşımda qeyd olunub.
Sözügedən paylaşım birbaşa İlon Mask tərəfindən də yenidən paylaşılıb (repost olunub).