İsrailin “Israir” hava yolları şirkəti i iyunun 30-dək Təl-Əvivdən və Təl-Əvivə bütün uçuşları ləğv etdiyini elan edib. Səbəb – ölkənin hava məkanının növbəti bildirişə qədər bağlı qalmasıdır.
Manset.az bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir.
Aviaşirkət xarici ölkələrdə əlacsız vəziyyətdə qalmış və vətənə dönə bilməyən israillilərin ölkəyə gətirilməsi üçün hazırlıqlara başladığını açıqlayıb.