Bir gecədə 287 milyon dollara başa gəldi – İranın ballistik hücumu

10:48 - 18 İyun 2025

Bir gecədə 287 milyon dollara başa gəldi – İranın ballistik hücumu

İyunun 13-də İsrailin genişmiqyaslı hücumlarına cavab olaraq İranın gecə saatlarında həyata keçirdiyi ballistik raket zərbələrinin İsrailə təxminən 287 milyon dollar maddi ziyan vurduğu bildirilir.


Manset.az xəbər verir ki, bu barədə Haaretz qəzeti məlumat yazıb.

Qazetin yazdığına görə, Qəzza zolağına hücumların başlanmasından sonra İsrailin hava hücumundan müdafiə sistemləri ciddi çətinliklərlə üzləşib. İrandan atılan ballistik raketlər isə bu çətinlikləri daha da artırıb.

Hesabatda qeyd olunur ki, İrandan buraxılan raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bəziləri bu sistemləri keçərək insan tələfatına və böyük maddi ziyana səbəb olub.

Bundan əlavə, ötən gecə İrandan atılan 10-12 ballistik raketin zərərsizləşdirilməsi üçün istifadə olunan raketlər və müdafiə sistemlərinin işə salınması xərclərinin 287 milyon dollara çatdığı vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az