İsrailin müdafiə naziri Yisrael Katz, İranla bağlı hücumlara qarşı çıxmadıqlarını və "bu prosesdə neytral olmadıqlarını" bildirən Hizbullahı, Tel-Əviv ilə Tehran arasında baş verən toqquşmalara qarışmamaq barədə xəbərdar edib.
Manset.az-ın məlumatına görə, Katz bu açıqlamanı Hizbullahın Baş katibi Naim Qasimin İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmalarla bağlı dediklərinə cavab olaraq sosial media hesabında paylaşıb.
O, Hizbullahın keçmiş liderləri Həsən Nəsrullah və Haşim Səfiyuddinə qarşı həyata keçirilən sui-qəsdləri xatırladaraq, “Hizbullahın Baş katibi öz sələflərinin aqibətindən dərs almayıb,” deyə bildirib.
Qasım dünənki çıxışında İsrailin İrana qarşı hücumlarına münasibət bildirərək, “İsrail hücumlarını dayandırmaq üçün İranın yanında yer almaq bizim üçün bir vəzifədir,” demişdi.
Hizbullah tərəfindən yayımlanan yazılı açıqlamada isə İranın ali lideri Əli Xameneiyə qarşı ehtimal olunan sui-qəsdin “ağır nəticələrə səbəb olacağı” bildirilmişdi.