"Planlaşdırdığımız sürətlə irəliləyirik" - Netanyahu

15:52 - 20 İyun 2025

\"Planlaşdırdığımız sürətlə irəliləyirik\" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, Fordo da daxil olmaqla İranın bütün nüvə obyektələrinə hücumlar həyata keçiriləcək. Onun sözlərinə görə, İsrailin əsas məqsədi İranın nüvə və ballistik imkanlarını tamamilə məhv etməkdir.


Manset.az-ın məlumatına görə, Netanyahu bildirib ki, həyata keçirilən hücumlar zamanı İranın raket buraxılış qurğularının yarısı məhv edilib.

İsrail dövlət televiziyası "Kan" kanalına verdiyi xüsusi müsahibədə Netanyahu, artıq bir həftədən çoxdur davam edən İranla müharibə ilə bağlı mühüm açıqlamalar verib. O, İsrail ordusunun qarşıya qoyulan hədəflərə gözləniləndən daha sürətli çatdığını vurğulayıb.

Netanyahu iddia edib ki, bu hücumlarla İranın strateji hərbi infrastrukturu ciddi zərər görüb və əməliyyatlar davam edəcək.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az