İsrail İranı vurmağa davam edir - Qum şəhəri hədəfdə

11:02 - 21 İyun 2025

İsrail İranı vurmağa davam edir - Qum şəhəri hədəfdə

İsrail, İrana qarşı hücumlarını 9-cu günündə də davam etdirib. İsfahan Valiliyinin verdiyi açıqlamaya görə, bu gün səhər saatlarında başda Natanz Nüvə Təsisi olmaqla, İsfahan şəhərinin bir neçə bölgəsinə raket hücumları həyata keçirilib.


Manset.az-ın məlumatına görə, Valiliyin açıqlamasında deyilir:

“Bu gün səhər saatlarında Lencan, Mobareke, Şehreza və İsfahanın bəzi əraziləri Sionist rejimin hücumlarına məruz qalıb. Hücumlar zamanı İsfahandakı nüvə obyektləri də hədəfə alınıb. Ancaq hava hücumundan müdafiə sistemlərimiz effektiv cavab verib. Bölgədə heç bir təhlükəli maddə sızması baş verməyib və əhalimiz üçün təhlükə yoxdur.”

Qum Krizis İdarəetmə Mərkəzi də Qum şəhərinə səhər saatlarında hava hücumu edildiyini açıqlayıb. Hücum zamanı sivillərin yaşadığı bir binaya raket atılıb. Nəticədə 16 yaşlı bir yeniyetmə daxil olmaqla 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

İran mediasının məlumatına görə, Tehranın qərb və şərq bölgələrində bu gün səhər çoxsaylı partlayış səsləri eşidilib. Hücumların ardından hava hücumundan müdafiə sistemləri işə salınıb və İsrail raketlərinə qarşı cavab verildiyi qeyd olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az