İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına üç raket atılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Raketlərdən ikisi hərbi, biri isə mülki əraziyə düşüb, çəmənlik sahəsində yanğın yaranıb.
Yanğın qısa müddətdə söndürülüb. Uçuş-enmə zolağına ziyan dəyməyib. Raketlərdən biri Urube rayonunda evin damına düşüb. İnsan itkisi qeydə alınmayıb.