İranda hava məkanı qismən bağlandı

10:57 - 03 İyul 2025

İranda hava məkanı qismən bağlandı

İranın qərb və mərkəzi hissəsində hava məkanı beynəlxalq tranzit uçuşlar üçün bağlanıb.


Manset.az xəbər verir ki, bu barədə ölkənin Yollar və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Mülki Aviasiya Təşkilatının Koordinasiya Komitəsinin qərarı və təhlükəsizlik yoxlamaları səbəbindən bu bölgələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.

Tehran və Təbriz də daxil olmaqla, ölkənin şimal, cənub və qərb bölgələrində daxili və beynəlxalq uçuşların dayandırılması sabah saat 14:00-dək uzadılıb. Şərqdə isə hava məkanı bütün uçuşlara açıqdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az