ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Suriyaya getməyin

15:57 - 18 İyul 2025

ABŞ-dən vətəndaşlarına xəbərdarlıq - Suriyaya getməyin

ABŞ Dövlət Departamenti, Suriyada davam edən münaqişə səbəbindən bu ölkə üçün ən yüksək səviyyəli 4 səyahət xəbərdarlığının qüvvədə olduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki8, departament, ABŞ vətəndaşlarını Suriyaya səyahət etməməyə və bölgəni tərk etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin rəsmi X sosial media hesabında dərc edilən açıqlamaya görə, ölkədəki təhlükəli vəziyyət nəzərə alınaraq, səyahət etmək istəyən amerikalılar üçün sərt xəbərdarlıqlar edilib. Açıqlamada, "Suriya üçün ən yüksək səviyyəli təhlükə xəbərdarlığının qüvvədə olduğunu" və amerikalılara bölgədən dərhal çıxmağı tövsiyə edildiyi bildirilib.

Əlavə olaraq, ərazini tərk etməyə imkanı olmayan şəxslər üçün təhlükəsiz yerlərə sığınmağın önəmi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az