Məşhur şahmatçıya 9 il həbs cəzası verildi

00:30 - 19 İyul 2025

Məşhur şahmatçıya 9 il həbs cəzası verildi

Rusiyalı şahmatçı və qrossmeyster Sergey Karjakin Ukraynanın Çernovtsı şəhərinin rayon məhkəməsinin qərarı ilə qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.


Manset.az  Publika.az-a istinadən xəbər verir ki, Karyakin “Ukraynanın ərazisini və ya dövlət sərhədini zorla dəyişdirmək məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirməkdə” ittiham olunub.

Simferopoldan olan Sergey Karjakin Dünya Kubokunun qalibi (2015), rapid (2012) və blits (2016) üzrə dünya çempionudur. 2022-ci ilin martında Karjakin Rusiyanın işğalçı müharibəsinə dəstək verdiyi üçün altı ay müddətinə yarışlardan kənarlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az