Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışlarının səbəb olduğu sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Məlumata görə, ölkənin bu ərazisində pandemiya dövründən bəri musson yağışları ciddi can və mal itkisinə səbəb olmaqda davam edir.
Dövlət Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin (SDMA) açıqlamasına əsasən, güclü musson yağışlarının təsiri ilə baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 70 nəfər həyatını itirib. Eyni zamanda, qəfil leysan yağışlarının səbəb olduğu yol qəzalarda ölənlərin sayı isə 55-ə çatıb.
Açıqlamada, həmçinin qeyd olunub ki, bu təbii fəlakətlər infrastrukturda ciddi ziyanlara səbəb olub, 468 avtomobil yolu bağlanıb və 676 şəbəkədə fasilələr meydana gəlib.