"Microsoft" serverlərinə hücum - Məlumatlar oğurlanır

16:44 - 21 İyul 2025

\"Microsoft\" serverlərinə hücum - Məlumatlar oğurlanır

"Microsoft"un server proqram təminatındakı boşluqdan istifadə edən hakerlər, ABŞ-dəkı dövlət qurumları və dünya üzrə özəl şirkətlərə kiberhücumlar təşkil ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində ABŞ-də federal və dövlət qurumları, universitetlər, enerji şirkətləri və Asiya şirkətləri zərər çəkib.

Həmçinin, İspaniya, ABŞ (Albukerke) və Braziliya da təsirlənib.

Tədqiqatçılar, Microsoft-un SharePoint serverlərinin risk altında olduğunu və şirkətin hələ də təhlükəsizlik yeniləməsi göndərmədiyini bildirib. Hücumlar yalnız qurumların öz serverlərinə təsir edib, Microsoft 365 kimi bulud xidmətlərinə isə müdaxilə edilməyib.

FTB və kibertəhlükəsizlik mütəxəssisləri hücumların həssas məlumatların oğurlanması və istifadəçi parollarının ələ keçirilməsi ilə nəticələnə biləcəyinə diqqət çəkiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az