Bu epidemiyaya yoluxanların sayı kəskin artdı

17:25 - 04 Avqust 2025

Bu epidemiyaya yoluxanların sayı kəskin artdı

Çinin cənubundakı Quanqdonq əyalətində "çikunqunya qızdırması" epidemiyası qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə mətbuatı məlumat yayıb.

Məlumata görə, əyalətdə 2,8 min nəfər bu xəstəliyə yoluxub. Lakin, hələ ki, ciddi hadisələr və ölüm halları baş verməyib.

Epidemiyanın pik nöqtəsi iyulun 27-dən avqustun 2-dək olub. Əyalət səhiyyə orqanlarının nümayəndələri epidemiyanın yayılmasının qarşısını alaraq, müvafiq profilaktik tədbirlər həyata keçiriblər.

Xəstəliyin yayıcısı ağcaqanadlar hesab olunur və mütəxəssislərin fikrincə, "çikunqunya qızdırması"nın qarşısını almaq üçün suyun təmizlənməsi vacibdir.

Epidemiyanın qarşısının alınması məqsədilə əyalət rəhbərliyi mütəmadi olaraq profilaktik tədbirlər görməkdə davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az