Keçmiş prezident ev dustaqlığına məhkum edildi

11:12 - 05 Avqust 2025

Keçmiş prezident ev dustaqlığına məhkum edildi

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə ittiham olunaraq, Braziliya Ali Məhkəməsi tərəfindən ev dustaqlığına məhkum edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Ali Məhkəməsi, keçmiş prezident Jair Bolsonaroya keçən ay elektron qolbaq və komendant saatı tətbiq etdikdən sonra, bu dəfə onu ev dustaqlığına məhkum edib. Məhkəmə hakimi Alexandre de Moraes, Bolsonaro-nun parlament üzvü olan üç oğlunun sosial mediada paylaşdığı videoların, ona tətbiq edilən məhdudiyyətləri pozduğunu bildirib.

Qərara əsasən, Bolsonaro yalnız ailə üzvləri və vəkilləri ilə görüşə biləcək. Həmçinin, onun evindəki bütün mobil telefonlar müsadirə ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az