Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

17:32 - 08 Avqust 2025

Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb.

"Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - məlumatda bildirilib.

IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. Güclü küləyin təsiri ilə alov sürətlə geniş əraziyə, o cümlədən kənd təsərrüfatı torpaqlarına yayılıb və yaşayış məntəqəsinə yaxınlaşıb.

Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az