Ankarada bu gün səhər saat 06:33-də 3,2 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Etimesgut rayonu olub. Zəlzələnin 4,68 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
İlkin məlumatlara əsasən, dağıntı və tələfat yoxdur.