ABŞ-lı müğənni Madonna, Qəzzada uşaqların yaşadığı humanitar böhrana diqqət çəkərək, Papa XVI Leoya bölgəyə getməsi üçün çağırış edib.
Manset.az xəbər verir ki, sosial media paylaşımında Madonna, “Siyasət yox, yalnız fərqindəlik dəyişiklik yarada bilər,” deyə bildirib.
Papanın Qəzzaya girişinə heç kimin mane ola bilməyəcəyini vurğulayan sənətçi, “Zəhmət olmasa, çox gec olmadan Qəzzaya gedin və uşaqlara işıq olun. Dünyanın uşaqları hamımıza aiddir,” sözlərini əlavə edib.
O, yardım yollarının açılmasını və uşaqların xilas edilməsini tələb edərək, heç bir tərəf tutmadığını və məqsədinin aclıqdan ölümlərin qarşısını almaq olduğunu bildirib. Madonna həmçinin insanları "WCK" və "Women Wage Peace" təşkilatlarına ianə etməyə çağırıb.