Nepal turizmi canlandırmaq üçün 97 zirvəni iki il müddətinə pulsuz dırmanışa açdı. Everestə dırmanma haqqı isə 10 ildən sonra ilk dəfə artırılır.
Manset.az-ın məlumatına görə, dünyanın ən hündür zirvəsi olan Everestə dırmanmaq üçün ödənişlər isə sentyabr ayından etibarən, təxminən on ildən sonra ilk dəfə artırılır. Bildirilib ki, zirvə mövsümündə bu haqq 15 min dollara qaldırılacaq.
Nepal Turizm İdarəsi bu təşəbbüsün ölkənin “kəşf olunmamış turizm potensialını və istiqamətlərini” ön plana çıxarmasını hədəflədiklərini bildirib.