Misir Qəzzada 60 günlük atəşkəs üçün ABŞ və Qətərlə birgə səyləri gücləndirir.
Manset.az-ın məlumatına görə, Misirin Xarici İşlər Naziri Bədir Əbdülati bildirib ki, ölkəsi Qətər və ABŞ ilə birgə şəkildə Qəzza zolağında 60 günlük atəşkəs təklifinin bərpası üçün intensiv səylər göstərir:
“60 günlük atəşkəs, bəzi girov və fələstinli məhbusların azad edilməsi, eləcə də Qəzzaya heç bir məhdudiyyət olmadan humanitar və tibbi yardımın çatdırılması bu planın əsas elementləridir.”
Əbdülati əlavə detalları paylaşmasa da, onun istinad etdiyi bu təklif 24 iyulda Dohada Hamas və İsrail arasında keçirilmiş, lakin nəticəsiz qalmış dolayı danışıqlar zamanı gündəmə gəlmişdi.