Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Fəlakət və Fövqəladə Halların İradə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 5,12 kilometr dərinliyində baş verib və ətraf əyalətlərdə də hiss olunub.
İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət və dağıntı qeydə alınmayıb.