Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

09:30 - 14 Avqust 2025

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Ukrayna hökuməti MDB dövlətlərinin imzaladığı daha bir sazişdən çıxmaq qərarına gəlib.


Manset.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkədən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında Sazişdən çıxma barədə qanun layihəsi təsdiqlənib", - deyə o yazıb.

Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az