Tramp Putinə bunu təklif edəcək    

15:58 - 15 Avqust 2025

Tramp Putinə bunu təklif edəcək    

ABŞ prezidenti Tramp  Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqların son mərhələsi olaraq Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə eyni masaya oturtmaq istəyir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın bütün şərtləri müqabilində “Ukraynanın xeyrinə ərazi mübadiləsi planı” irəli sürəcəyini şəxsən bəyan edən Tramp Ukraynanın təhlükəsizlik zəmanəti məsələsini Putinə təqdim edəcək.

Trampın Ukraynada atəşkəsdə israrlı olacağı və tələbləri yerinə yetirilməsə, onun Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Bu sammitdən sonra Putin və Trampın bu dəfə Rusiyada ikinci zirvə toplantısı keçirəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az