Zelenski Trampla görüşə yollandı

23:21 - 17 Avqust 2025

Zelenski Trampla görüşə yollandı

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.


Manset.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.

Xatırladaq ki, avqustun 18-də Zelenski Trampla hərbi münaqişənin həllininin mümkün variantlarını müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Vaşinqtona gələcək.

Trampın öncə Ukrayna lideri Zelenski ilə təkbətək danışıqlar aparacağı gözlənilir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az