Britaniya 16 yaşdan aşağı uşaqlara enerji içkilərini qadağan etdi

14:27 - 03 Sentyabr 2025

Britaniya 16 yaşdan aşağı uşaqlara enerji içkilərini qadağan etdi

Böyük Britaniya hökuməti 16 yaşdan aşağı uşaqlara yüksək kofeinli enerji içkilərinin satışını qadağan edəcək.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qərar piylənmə, yuxu pozğunluğu və narahatlığın qarşısını almaq məqsədi daşıyır.

Qadağa “Red Bull”, “Monster”, “Relentless” və “Prime” kimi markaları əhatə edir. Litrində 150 milliqramdan çox kofein olan içkilər uşaqlara satıla bilməyəcək.

Səhiyyə naziri Vess Stritin bildirib ki, bu içkilər uşaqların yuxusuna, diqqətinə və sağlamlığına zərər verir, şəkərli olanlar isə piylənmə və diş çürüməsinə səbəb olur.

Statistikaya görə, İngiltərədə hər gün 100 minə yaxın uşaq bu cür içkilər istehlak edir. Mütəxəssislər qərarı alqışlayır və uşaqların qorunması üçün vacib addım hesab edirlər.

Yeni qaydaların 12 həftəlik məsləhətləşmədən sonra qüvvəyə minməsi və məktəblərdə də satışın qadağan olunması nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az