Suriyanın paytaxtı Dəməşqdə yerləşən hərbi bazada güclü partlayış qeydə alınıb.
Manset.az xəbər verir ki, hadisə Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi obyektin ərazisində baş verib. Partlayışın səbəbi hələlik məlum deyil.
Məlumatı yerli mənbələr yayıb. Suriya hökuməti isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.