Dünyanı ayağa qaldıracaq qərar - QADAĞAN OLUNDU

12:27 - 19 Sentyabr 2025

Dünyanı ayağa qaldıracaq qərar - QADAĞAN OLUNDU

Əfqanıstanda qadınları getdikcə sıxışdıran Taliban öz universitetlərində qadın yazarların kitablarını qadağan edib. “Şəriət qanunlarına və Taliban siyasətlərinə zidd olduğu” səbəbi ilə qadağan edilən 680 kitabın 140-nın qadınlara aid olduğu bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Taliban hökuməti Əfqanıstan universitetlərində tədris planını yenidən formalaşdırıb. Bu qərar qadınların bütün əsərlərini tədris proqramından çıxarıb. İnsan haqları, cinsi qısnama və bu kimi mövzularda kurslar da qadağan edilib.

Səlahiyyətlilər ümumilikdə, 680 kitabı "şəriət qanunlarına və Taliban siyasətlərinə zidd" olduqlarını əsas gətirərək qadağan edib. Bu kitablar arasında 140-a yaxın qadının əsərləri var idi. Qadağalar arasında “Kimya laboratoriyasında təhlükəsizlik” kimi elmi kitablar da olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az