Danimarkada dron xəbərdarlığı - Hava limanı bağlandı

12:25 - 25 Sentyabr 2025

Danimarkada dron xəbərdarlığı - Hava limanı bağlandı

Danimarkanın paytaxtı Kopenhagendəki Kastrup Hava Limanının (Kopenhagen Hava Limanı) həftənin əvvəlində şübhəli pilotsuz uçuş aparatları səbəbiylə müvəqqəti olaraq hava trafikinə bağlanmasının əks-sədaları davam edərkən, ölkənin başqa bir hava limanında dron panikası yaşanıb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın şimalındakı Aalborg hava limanı ərazidə şübhəli pilotsuz təyyarələrin aşkarlanmasından sonra müvəqqəti olaraq hava nəqliyyatına bağlanıb. Aalborg hava limanı hərbçilərlə yanaşı mülki uçuşlar üçün də istifadə edildiyi üçün hadisədən Danimarka Silahlı Qüvvələrinin də təsirləndiyi açıqlanıb.

Bildirilib ki, ən azı üç reys başqa hava limanlarına yönləndirilib. Polis yerli əhali üçün birbaşa təhlükə olmadığını bildirib və ehtiyat tədbiri olaraq sakinləri hava limanı ərazisindən uzaq durmağa çağırıb. Şimali Jutland polis rəisi Jesper Bjgaard Madsen pilotsuz təyyarələri kimin və hansı məqsədlə uçurduğunun hələlik dəqiq bilinmədiyini, "Fürsət tapsaq, onları vuracağıq" dedi. Pilotsuz uçan aparatların oyun məqsədi ilə uçduğu ehtimalının istisna edilmədiyini bildirən polis hadisə ilə bağlı ətraflı araşdırma başlatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az