San-Fransisko Körfəz Bölgəsindəki San Rafael şəhərində aqressiv dələ ən azı iki nəfəri yaraladıqdan sonra sakinlər yüksək hazırlıq vəziyyətinə gətirilib. Son bir neçə həftədir ki, aqressiv dələ San-Fransiskonun şimalında yerləşən San Rafael sakinlərini qorxudur.
Manset.az-ın "A.P"-yə istinadən məlumatına görə, Lukas Vadisi məhəlləsində ən azı iki nəfər tibbi yardıma ehtiyacı olan hücuma məruz qalıb .
Yaralılardan Joan Heblack deyib ki, o, yeriyərkən qəfildən dələ peyda olub, ayağına yapışıb və dişləməyə başlayıb.
Digər sakin İzabel Kampoy bildirib ki, o, yeriyərkən bir dələ yerdən sıçrayaraq onun üzünə dəyib, qolunu yaralayıb. Kampoyun qolu qan içində olub və hər iki qadına təcili yardım otağında tibbi yardım göstərilib.
Hadisələrdən sonra məhəllədə ən azı 5 nəfərin “aqressiv dələ”nin hədəfinə çevrildiyini bildirən xəbərdarlıq plakatları asılıb.