Kocaeli'nin Körfez rayonunda iki uşağını boğaraq öldürən Murat Rüzgar "nəslinə qarşı və özünü müdafiə edə bilməyən uşağa və ya fiziki və ya əqli cəhətdən qadir olmayan şəxsə qarşı qəsdən adam öldürmə" ittihamı ilə iki dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Körfez rayonunda yaşayan Merdiye (43) və Murat Rüzgarın (45) 14 illik evliliyindən Beril Yağmur (13) və Yunus Emre Rüzgar (10) adlı iki övladı var.
Murat Rüzgarın ev alarkən aldadılmasından sonra cütlük arasında mübahisə başlayıb. Merdiye Rüzgar evdən çıxaraq doğulduğu Mardinə gedib. Bir müddət sonra cütlük yenidən bir araya gəlib və mübahisələr davam edib.