İlbər Ortaylı xəstəxanaya yerləşdirildi - Ona nə olub?

11:33 - 03 Oktyabr 2025

İlbər Ortaylı xəstəxanaya yerləşdirildi - Ona nə olub?

Professor İlber Ortaylının infarkt keçirdiyi və reanimasiyaya yerləşdirildiyi iddia edilib. Tanınmış tarixçinin qızı atasının kiçik tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirildiyini, lakin infarkt keçirmədiyini bildirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxtəlif sosial media hesablarında və xəbər səhifələrində manşetlərə səbəb olan tarixçi Prof.Dr.İlber Ortaylının infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi iddiası, Ortaylının qızı Tuna Ortaylı Kazıcı tərəfindən sosial media hesabında paylaşılıb.

Tam bəyanat aşağıdakı kimi verilib:

"Atam infarkt keçirməyib, o da reanimasiyada deyil; xırda tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib, vəssalam. İndi gecə saat 12:00-dır, xəstəxanadayıq. Diqqətinizə və narahatlığınıza görə sizə ürəkdən təşəkkür edirik, ancaq xəstəxana otağında daimi telefon zəngləri ilə dincələn xəstənin yuxusunu pozursunuz".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az