Kadıköydəki bit bazarında öldürülən Mattia Ahmet Minguzzi ilə bağlı hadisələrin inkişafı davam edir. Qətldən sonra evlərinə sevinclə qayıdan iki müttəhimin bir-birinə göndərdiyi məktublar üzə çıxıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, əldə edilən məktubda şübhəli BB-nin digər müttəhim UB-ya "Aslanlar kimi yatıb çıxacağıq. Onsuz da 5 ay xidmət etmişik, bir il alacağıq, daha altı-yeddi ay dayan" deyə yazdığı bildirilir.
Təqsirləndirilən şəxslər Əhmədi necə bıçaqladıqlarını danışarkən gülür, qətl anlarını bədən dili ilə təsvir edir, fotolar çəkdirib, adam öldürməmiş kimi gülürdülər.