Mabel Matizə 3 il həbs verildi - Bu mahnısına görə

16:32 - 03 Oktyabr 2025

Mabel Matizə 3 il həbs verildi - Bu mahnısına görə

Onun "Perperişan" mahnısının sözləri ilə bağlı başladılan istintaqda Mabel Matiz üçün 3 ilə qədər həbs cəzası istənilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mabel Matiz-ə qarşı “ədəbsizlik” maddəsi ilə başlanan istintaqda istənilən cəza açıqlanıb.

İstanbul Respublika Prokurorluğunun hazırladığı iddianamədə şübhəli Karacaya məxsus " Perperişan " mahnısının sözlərinin dolayı yolla cinsi ehtiras doğurduğu, fiziki və mənəvi metaforalarla erotik çağrışlar yaratdığı, cinsi əlaqə təsvirlərinin yer aldığı, bu təsvirlərin və sözlərin hər kəs üçün asan başa düşüldüyü açıqlanıb.

Sözlərin uşaqların müdafiəsi üçün təhlükə yaratdığı bildirilib.

Hazırlanan ittiham aktında bu mahnının şübhəli şəxsin razılığı və təsdiqi ilə sosial mediada açıq şəkildə paylaşıldığı, bu rəqəmsal platformada yayımlanan yayımlara yaş məhdudiyyətinin tətbiq edilmədiyi, bununla da ictimai asayiş və uşaqların müdafiəsi üçün təhlükə yaratdığı bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az