Danimarka və Norveç hava limanlarından sonra Almaniyanın ən böyük hava limanlarından birində pilotsuz uçan aparatla həyəcan siqnalı verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şahidlər cümə axşamı axşam yerli vaxtla 21:30-da Münhen hava limanı üzərində dron gördüyünü polisə bildiriblər.
Əvvəlcə aşkar edilməyən pilotsuz təyyarə bir saat sonra polis və hava limanının əməkdaşları tərəfindən hava limanının üzərində görünüb. Lakin qaranlıq olduğundan pilotsuz təyyarə haqqında ətraflı məlumat əldə etmək mümkün olmayıb. Nəticədə yerli vaxtla saat 22:30-dan etibarən Münhen hava limanında bütün uçuşlar dayandırılıb.