İsrail qüvvələrinin Qəzzaya zərbələri nəticəsində gün ərzində 55 nəfər ölüb.
Manset.az xəbər verir ki, bu barədə Al Jazeera-yə tibbi mənbələrdən məlumat daxil olub.
Bildirilib ki, onlardan 39-u Qəzzada həlak olub. 39 nəfərdən 17-si isə İsrailin yaşayış binasına endirdiyi zərbə nəticəsində ölüb. Bu sayın artacağı gözlənilir.
Ölənlərin arasında 4 nəfərin humanitar missiya əmkdaşları olduğu vurğulanıb.
Qeyd edək ki, İsrail hücumları ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planının icra edilməsi ərəfəsində baş verib.