Ankaranın Keçiören rayonunda avtomobilin içində baş verən dava zamanı 1 nəfər odlu silahla vurularaq həyatını itirib, 1 nəfər isə yaralanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 23:00 radələrində Erbakan Bulvarındakı tuneldə baş verib. İddialara görə, avtomobildə olan şəxslər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində sürücü avtomobili saxlayaraq, yanındakı şəxsləri maşından endirib. Qrup arasında mübahisənin böyüməsi ilə bir nəfər üzərində gəzdirdiyi pompalı tüfənglə B.K. və B.Y.-yə atəş açıb və daha sonra avtomobillə hadisə yerindən qaçıb.
Polis, hadisədən sonra qaçan şəxsi və ya şəxsləri tutmaq üçün araşdırmalara başlayıb.