İnsan sifətli daş sütun tapıldı - Tarixdə bir ilk

13:34 - 06 Oktyabr 2025

İnsan sifətli daş sütun tapıldı - Tarixdə bir ilk

Taş Tepeler Layihəsi çərçivəsində Karahantepedə ilk dəfə insan üzü təsvir edilmiş T formalı dikilitaş tapılıb


Manset.az-ın türk mediasına istinadən məlumatına görə, Taş Tepeler Layihəsi çərçivəsində 2025-ci il qazıntı işləri 10 fərqli ərazidə davam edir. Bu sahələrdən biri olan Karahantepedə aparılan son qazıntılar zamanı, ilk dəfə üzərində insan üzü həkk olunmuş T formalı bir daş sütun aşkarlanıb.

Karahantepedəki bu yeni tapıntı, ilk dəfə bir daşda insan sifətinin açıq şəkildə təsvir edilməsi ilə, Neolit dövrü tədqiqatlarında mühüm dönüş nöqtəsi sayılır.

Tapılan dikilitaşın yuxarı hissəsindəki insan üzü — dərin göz çuxurları, kobud burnu və kəskin xətləri ilə — Karahantepedə daha əvvəl tapılmış insan heykəlləri ilə bənzər üslubdadır. Bu isə Neolit dövrü insanının təkcə texniki bacarıqlarını deyil, həm də özünü ifadə etmə və abstrakt düşünmə qabiliyyətini nümayiş etdirir.

Uzun müddətdir bu T formalı dikilitaşların simvolik məna daşıdığı qəbul olunurdu. Yeni kəşf isə bu daşların insanı təkcə simvolik deyil, vizual olaraq da təmsil etdiyini göstərir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az