Oğul atasını öldürüb qaçdı - Türkiyədə dəhşətli hadisə

10:55 - 20 Oktyabr 2025

Oğul atasını öldürüb qaçdı - Türkiyədə dəhşətli hadisə

Dünən gecə Çorumda ata-oğul arasında baş verən mübahisə qan tökülməsinə səbəb olub. Oğlu tərəfindən tüfənglə vurulan ata hadisə yerində dünyasını dəyişib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Kamışlı Evler 5-ci küçəsində meydana gəldi. Məlumata görə, 59 yaşlı Yaşar Yılmaz ilə oğlu 37 yaşlı M.Y. arasında hələ məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə davaya çevrilib və M.Y. yanında olan tüfənglə atasını vurub. Silah səslərini eşidən məhəllə sakinləri onlara xəbərdarlıq edib, hadisə yerinə tibb və polis qrupları göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Yaşar Yılmazın hadisə yerində öldüyü müəyyən edilib.

Hadisə yerinin müstəntiqləri qətlin baş verdiyi evdə ətraflı araşdırma aparıblar. Polis qaçan şübhəlinin tutulması üçün genişmiqyaslı axtarışlara başlayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az