Moskvanın Ukraynaya qarşı sərt tələblərini davam etdirməsindən sonra Vaşinqton Budapeştdə keçirilməsi planlaşdırılan Tramp-Putin sammitini ləğv edib. Görüşün rəfdə saxlanması Tramp administrasiyasının Rusiyaya qarşı mövqeyində yeni dönüş nöqtəsi kimi qiymətləndirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Vaşinqtona sərt Ukrayna notası göndərməsindən sonra ABŞ prezident Donald Tramp və Vladimir Putin arasında Budapeştdə planlaşdırılan sammiti ləğv edib.
Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, ləğv iki ölkənin xarici işlər nazirləri arasında gərgin telefon danışığından sonra baş verib.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            