"Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var"

22:54 - 31 Oktyabr 2025

\"Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var\"

Rusiya-Ukrayna müharibəsinin həlli üçün müzakirələrin qarşısında müəyyən çətinliklər var.


Manset.az CNN Türk- ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır: "Müharibəyə son qoymaq üçün danışıqların qarşısında bəzi çətinliklər var. Lakin çətinliklər heç vaxt diplomatik həll axtarışına mane olmamalıdır. Türkiyə danışıqları dəstəkləməyə davam edəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az