Maduro bu ölkələrdən hərbi dəstək istədi

23:21 - 31 Oktyabr 2025

Maduro bu ölkələrdən hərbi dəstək istədi

Venesuela Prezidenti Nikolas Maduro Karib hövzəsində ABŞ Silahlı Qüvvələrinin artan varlığı fonunda Rusiya, Çin və İrandan hərbi dəstəyin genişləndirilməsini xahiş edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, məlumata görə, Karakas Rusiyadan radiolokasiya sistemlərinin tədarükünü, döyüş təyyarələrinin təmirini və raket komplekslərinin əldə olunması imkanını istəyib.

İranla hərbi texnika və pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya, Venesuelanın enerji sahəsində mühüm tərəfdaşı olaraq, birgə neft layihələrində və yataqların kəşfiyyatında iştirak edir. Lakin Rusiyanın imkanları Ukraynada davam edən münaqişə və Qərb sanksiyalarının təsiri səbəbindən məhduddur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az