Bu gün İranda yerli vaxtla saat 14:55-də İran-İraq sərhədində, İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İranın Qəsr-e Şirin rayonunun 22 kilometrliyi və İraqın Xanaqin rayonunun 10 kilometrliyində yerləşib və 10 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.