Liviyanın Milli Birlik Hökuməti 2015-ci il noyabrın altısında Beyrutda həbs edilən Liviyanın keçmiş lideri (1969-2011) Müəmmar Qəddafinin oğlu Hannibalın həbsdən azad edildiyini elan edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Lebanon 24 xəbər portalının yaydığı açıqlamada bildirilib.
"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib və onun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırıb", - deyə məlumatda qeyd olunub.
Livan məhkəməsi həmçinin Hannibal Qəddafinin əvvəllər 11 milyon dollar məbləğində müəyyən edilmiş girov müqabilində azadlığa buraxılması barədə qərarı da qüvvədən salıb.
Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildə siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan "Amal" yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə müttəhim 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.