Alimlər, doğuşda baş verə biləcək beyin zədələrini aşkarlaya bilən xüsusi bir başlıq hazırlayıblar. Yeni doğan körpələrin beyinlərini izləmək üçün işıq və ultrason istifadə edən tarama başlığı, tədqiqatçılara görə dünyada bir ilk xüsusiyyətinə malikdir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Cambridge Universiteti mütəxəssisləri, yenidoğan körpələrin beyinlərini yüksək dəqiqliklə görüntüləmək üçün yeni bir texnologiya inkişaf etdiriblər.
Üç həftəlik körpə Theo üzərində sınaqdan keçirilən başlıq, üzgüçü bonesini xatırladır. Ultrason və optik tomoqrafiya texnologiyaları ilə təchiz olunan bu başlıq, beyinlərindəki oksigen səviyyəsini yüksək dəqiqliklə izləməyə imkan verir.
"FUSION" adlandırılan texnologiya sayəsində, yenidoğulmuş körpələrdə yaranması ehtimal olunan beyin zədələri erkən mərhələdə aşkar edilə biləcək.