Türk müğənninin Bengünün xəyalı hər kəsi təəccübləndirdi

23:51 - 07 Noyabr 2025

Türk müğənninin Bengünün xəyalı hər kəsi təəccübləndirdi

Boşanma prosesini geridə qoyan məşhur müğənni Bengü, Kızılcık Şerbeti serialına qonaq olaraq aktyorluğa adım atmaq istəyinin siqnallarını verdi. Müğənni, "Bir filmde oynasam, partnerim Çağatay Ulusoy olardı" deyərək, yuxusunda canlandırdığı layihəni açıqladı.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənni Bengü, Kızılcık Şerbeti serialına qonaq olmasının ardından aktyorluğa başlamağı düşünə biləcəyini bildirdi. Verdiyi açıqlamada, romantik komediya janrında bir filmdə Çağatay Ulusoy ilə rol almaq istədiyini qeyd etdi.

Keçən il həyat yoldaşı Selim Selimoğlu ilə yollarını ayıran Bengü, şəxsi həyatı ilə uzun müddət mətbuatın gündəmində yer almışdı. Çətin bir dövrü geridə qoyan müğənni, konsert maratonunu dayanmadan davam etdirərək yenidən səhnələrdə parlamağa başladı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az