“İnci Taneleri” serialında “Kamuran ağabey” obrazı ilə yadda qalan Yılmaz Erdoğanın qardaşı, məşhur aktyor Deniz Erdoğantəcili əməliyyata alınıb.
Manset.az türk mətubatına istinadən xəbər verir ki, aktyor və bəstəkar Deniz Erdoğan döş ağrısı və halsızlıq şikayəti ilə müraciət etdiyi xəstəxanada təcili əməliyyat olunub. Erdoğanın ürəyindəki ən həyati damarın 90% tıxalı olduğu müəyyən edilib. Əməliyyatdan sonra Erdoğana stend qoyulub və müalicəsinə reanimasiya şöbəsində davam olunur.
Erdoğanın həyat yoldaşı Elif Erol Erdoğan son 48 saatdır reanimasiya və əməliyyat otağı arasında keçən prosesi sosial media hesabında paylaşdı.