Süni intellekt müharibəsi başlayır - Rekord üçün mübarizə gedəcək

17:46 - 21 Noyabr 2025

Süni intellekt müharibəsi başlayır - Rekord üçün mübarizə gedəcək

Google, Gemini 3 ilə süni intellekt yarışında müstəqil testlərdə ChatGPT-ni geridə qoysa da, ChatGPT hələ də ən çox istifadə olunan süni intellekt aləti olaraq qalır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Google-ın yaradıcı süni intellekt aləti olan Gemini 3-ün istifadəyə verilməsi ilə, yaradıcı süni intellekt sahəsindəki rəqabət yenidən gündəmə gəlib.

Aylıq 650 milyon istifadəçisi olan Gemini-nin son modeli ilə kodlaşdırma, şəkil tanıma və daha az istək (prompt) ilə məzmun yaratmaq mümkündür.

Yeni Gemini modeli, müstəqil performans testlərində əldə etdiyi nəticələrlə də diqqət çəkib. Humanity's Last Exam testində 37,5% nəticə ilə bütün dövrlərin ən yüksək balını əldə edən Gemini 3-ü, 26,5% ilə GPT 5.1 izləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az