Bu məktəbin 1 müəllimi, 1 şagirdi var

13:37 - 23 Noyabr 2025

Bu məktəbin 1 müəllimi, 1 şagirdi var

Türkiyədə bir müəllim ancaq bir şagird üçün məktəbə gedir.


Manset.az xəbər verir ki, Karsın Akmazdam kəndindəki ibtidai məktəb, 10 il şagird olmadığı üçün bağlı qalmışdı. Keçən il məktəbə təyin olunan müəllim Muhammed İsmail Doğan məktəbi yenidən açdı və tək şagirdi Doruk Sunayla dərsə başladı.

Doğan dərsdə müəllim, tənəffüsdə dost, məktəb çıxışında isə qardaş rolunu oynayır, sərt hava şəraitində şagirdini evinə qədər aparır. O vurğulayır ki, hər uşaq üçün eyni disiplinlə təhsil verir. Doruk isə müəllimini sevir və birlikdə yaxşı vaxt keçirirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az